PROQRAM TƏMİNATI
İstifadəçi müntəzəm olaraq avtomatik rejimdə peyk monitorinq sistemindən
hesabatlar almaq imakanına malikdir.Bunun üçün müvafiq tapşırığı yaratmaq
kifayətdir.Bundan sonra sistem lazım olan hesabatı elektron poçt vasitəsilə
göndərir.Sistemdə obyektin davranışı (məsələn, sürəti aşması, olduğu yer,
ötürücülərin göstəricisi və s.) ilə bağlı xəbərdarlıq etmək funksiyası da
mövcuddur.Xəbərdarlıq elektron poçt və ya SMS vasitəsilə göndərilə, peyda
olan pəncərədə göstərilə və ya sistemdə qeyd oluna (sonradan hesabata
salınmaq üçün ) bilər.
TopControl.az qeyd edilən cədvəl üzrə obyektin keçməli olduğu nəzarət məntəqələrinə malik marşrut üzrə hərəkət edən obyektə nəzarət etməyə imkan verir. Sistem hər bir nəqliyyat vasitəsi üçün ayrıca marşrut yaratmağa, bu yaradılmış marşrutdan kənara çıxmalara nəzarət etməyə, tamamlanmış və ya natamam marşrutlara, gecikmə və ya vaxtından əvvəl gəlmələrə baxmağa imkan verir. Avtomobilin hansı marşrut üzrə hərəkət etdiyini görmək üçün lazımi periodu seçməklə trek qurmaq lazımdır. Xəritədə istər bir, istərsə də bir neçə müxtəlif avtomobil üçün eyni zamanda bir neçə trek göstərilə bilər. Funksional yalnız birrəngli yox, sürətdən və ya ötürücülərin göstəricilərindən asılı olaraq müxtəlif rənglərlə rənglənmiş treklərin çəkilməsini nəzərdə tutur.

|